525.Az

Ombudsmanın əməkdaşları şəhidlərin dəfn mərasimlərində iştirak ediblər


 

Ombudsmanın əməkdaşları şəhidlərin dəfn  mərasimlərində iştirak ediblər<b style="color:red"></b>

Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin sentyabrın 12-si gecə saatlarından başlayaraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş gizir İmamverdiyev Asiman Mehman oğlunun Gəncə Şəhidlər xiyabanında keçirilmiş dəfn mərasimində iştirak ediblər.

Ombudsmanın Mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Ombudsmanın Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları isə Ermənistanın həmin genişmiqyaslı təxribatı nəticəsində şəhid olmuş Zaqatala rayonu Yuxarı Tala kənd sakini, leytenant Ömərov Sərxan Mübariz oğlunun dəfn mərasimində iştirak ediblər.

Şəhidlərin ailə üzvlərinə Ombudsman Səbinə Əliyevanın adından başsağlığı verilib.

 





15.09.2022    çap et  çap et