525.Az

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmaları 35% artıb


 

Azərbaycanda dəniz nəqliyyatı ilə yük daşınmaları 35% artıb<b style="color:red"></b>

Azərbaycanda dəniz nəqliyyatı ilə 2022-ci ilin yanvar-avqust aylarında daşınmış yüklərin həcmi 4 999,9 min ton təşkil edib və əvvəlki ilin müvafiq dövrünə nisbətən 35,3% artıb.

Dövlət Statistika Komitəsindən 525.az-a verilən məlumata görə, yüklərin 40%-i neft yükləri təşkil edib.


“Dəniz limanları tərəfindən 7 650,8 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilmiş və yüklərin 7074,4 min tonunu və ya 92,5%-i tranzit yüklər təşkil edib. 2022-ci il sentyabr ayının 1-i vəziyyətinə limanlarda qalan yüklərin həcmi 295,2 min ton olub”, - məlumatda qeyd olunur.

Məlumata görə, dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2021-ci ilin müvafiq dövrünə nisbətən 34,6% artaraq 14 min nəfər olub.

 





15.09.2022    çap et  çap et