525.Az

Rusiya və Çin liderləri görüşüb


 

Rusiya və Çin liderləri görüşüb<b style="color:red"></b>

Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının (ÇXR) sədri Si Cinpin görüşüb.

525.az APA-a istinadən xəbər verir ki, görüş Şanxay Əməkdaşlıq Təşkilatı ölkələrinin liderlərinin Zirvə toplantısı çərçivəsində baş tutub.

Görüş zamanı Rusiya Prezidenti Vladimir Putin Çin liderinə rəsmi Moskvanın Pekinin “Vahid Çin” siyasətini dəstəklədiyini və ABŞ-ın Tayvanla bağlı təxribatlarına qarşı olduğunu bildirib.

Rusiyanın Çinin Ukrayna ilə bağlı “balanslı mövqeyini” qiymətləndirdiyini də deyib.

Xatırladaq ki, bu, Ukraynadakı müharibə başlayandan bəri liderlərin ilk üzbəüz görüşüdür.

 





15.09.2022    çap et  çap et