525.Az

Bakı-Naxçıvan təyyarəsi burulğana düşüb: 8 nəfər xəsarət alıb


 

Bakı-Naxçıvan təyyarəsi burulğana düşüb: <b style="color:red">8 nəfər xəsarət alıb</b> Bu gün Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan “Boeing-757” təyyarəsi hava limanına eniş edərkən 2-3 saniyəlik hava burulğanına düşüb.
 
Bunu “APA-Economics”ə açıqlamasında “Azərbaycan Hava Yolları” QSC (AZAL) prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli bildirib.
 
Onun sözlərinə görə, təyyarədə 180 sərnişin olub, onlardan səkkizi hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarəti alıb: “Təyyarə enişə başlayarkən təhlükəsizlik kəmərlərinin bağlanması barədə təkrar təlimat verilib. Təyyarə enməyə davam edərkən qəfildən 2-3 saniyəlik güclü hava burulğanına düşüb. Bu zaman təhlükəsizlik kəmərlərini bağlamayan 8 sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb”.
 
Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib.
 





12.06.2014    çap et  çap et