525.Az

71 Şəhid... - Sənə hər an can qurban! - Video


 

71 Şəhid... - Sənə hər an can qurban! -  <b style="color:red">Video</b>

Xəbər verdiyimiz kimi, sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib. Bu əməllərin qarşısının dərhal alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində döyüş toqquşması baş verib. Nəticədə Azərbaycan Ordusunun 71 hərbçisi qəhrəmancasına şəhid olub, hərbi infrastruktura ziyan dəyib. Ermənistan tərəfi isə 150-200 hərbçi itirib, yaralıların sayı bundan bir neçə dəfə çoxdur.

Ümumilikdə qarşı tərəfin 53 döyüş mövqeyi, 2 minaatan atəş mövqeyi, 8 strateji əhəmiyyətə malik yüksəklik nəzarətə götürülüb, Zod istiqamətində yerləşən 538-ci əlahiddə dağatıcı briqadasının daimi dislokasiya məntəqəsi, 2 ədəd S-300 və 2 ədəd S-125 divizionlarının start mövqeləri darmadağın edilib. 

“525-ci Kanal” düşmən təxribatı nəticəsində şəhid olan qəhrəman Azərbaycan oğullarının əziz xatirəsinə həsr etdiyi videomaterialı təqdim edir. 

Allahdan bütün şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirik. Şəhidliyiniz mübarək, Vətən oğulları!

 

Nigar Abbasova

 





16.09.2022    çap et  çap et