525.Az

"Kitabxana bir mədəniyyət fenomeni kimi"


 

AZƏRBAYCAN MİLLİ KİTABXANASI MİNSK ŞƏHƏRİNDƏKİ IX BEYNƏLXALQ KONQRESDƏ TƏMSİL OLUNUB

"Kitabxana bir mədəniyyət fenomeni kimi"<b style="color:red"></b>

Sentyabrın 15-də Minsk şəhərində Belarus Milli Kitabxanasının 100 illik yubileyinə həsr olunmuş "Kitabxana bir mədəniyyət fenomeni kimi" IX Beynəlxalq Konqresi keçirilib.

Konqresin əsas təşkilatçıları Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasıdır. Konqresin mövzusu "Kitabxanaların rəqəmsal transformasiyası: davamlılıq və inkişaf vektoru" adlanır. Konqresdə Azərbaycan Milli Kitabxanasını direktor Kərim Tahirov təmsil edib.

Tədbir zamanı iştirakçılar "Belarus və xarici ölkələrin kitabxanaçılıq tarixi", "Milli və dünya mədəni irsinin qorunmasında kitabxanaların rolu", "Kitabxana fondlarının təşkilinə innovativ yanaşmalar", "Kitabxana və informasiya məkanında elektron resurslar", "İstifadəçi xidmətində müasir tendensiyalar", "Kitabxanaların, elm, mədəniyyət və təhsil müəssisələrinin fəaliyyətinin rəqəmsallaşdırılması", "Kitabxana sosial-mədəni məkan kimi"; "Kitabxana mütəxəssislərinin peşəkar səriştələri" və digər mövzular üzərində fikir mübadiləsi aparıblar.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov "Milli və dünya mədəni irsinin qorunmasında kitbxanaların rolu" mövzusunda məruzə ilə çıxış edib.

Konqres çərçivəsində Avrasiya Kitabxanalar Assambleyasının (BAE) XXVI Ümumi Yığıncağı da keçirilib.

 

 

 

 

 

 

 

 





16.09.2022    çap et  çap et