525.Az

"Bu qədər qan ilə torpaq doymadı?.." - Şadman Bəlqiyaslının şeiri


 

"Bu qədər qan ilə torpaq doymadı?.." -<b style="color:red"> Şadman Bəlqiyaslının şeiri</b>

Şəhidlər

Qəfil mərmi səsi, qəfil top səsi,

Səngərdə yerini aldı şəhidlər.

Dələndə köksünü namərd gülləsi,

Əbədi yuxuya daldı şəhidlər.

 

Azərbaycan qara açdı səhəri,

Bürüdü ölkəni şəhid xəbəri.

Göstərib düşmənə lazım hünəri,

Düşməni yerinə çaxdı şəhidlər.

 

Yenə gəldi neçə şəhid sorağı,

Neçə evin söndü yanan çırağı.

Öz canından üstün bilib bayrağı,

Düşmənin canını aldı şəhidlər.

 

Qanları torpağa tökülən zaman,

Vətən göylərini aldı bir duman.

Bir əlində bayraq bir əldə Quran,

Haqqın dərgahına qalxdı şəhidlər.

 

Bayrağı hamıdan tutdular uca,

Vətən binasını qoymazlar uça.

Vətən torpağına nur saça-saça,

Adını tarixə yazdı şəhidlər.

 

Analar nə qədər saçını yolsun?

Neçə qız-gəlinin həyatı solsun?

Atası deyəndə: Vətən sağ olsun,

Göylərdən qürurla baxdı Şəhidlər.

 

Bu qədər qan ilə torpaq doymadı?

Ananı baladan ayrı qoymadı?

Baladan doymadı, yardan doymadı,

Vətənin qeydinə qaldı şəhidlər.

 

Şadman Bəlqiyaslı, 

Oxud kənd məktəbinin XI sinif şagirdi

 





16.09.2022    çap et  çap et