525.Az

Oqtay Əsədov Mosulla bağlı bəyanat verib


 

Oqtay Əsədov Mosulla bağlı bəyanat verib<b style="color:red"></b> Azərbaycan Milli Məclisinin spikeri Oqtay Əsədov Mosulda Türkiyə diplomatlarının girov götürülməsi ilə bağlı sərt bəyanat verib.

Lent.az-ın məlumatına görə, O. Əsədov bu bəyanatı Bakıda keçirilən TÜRKPA Assambleya Şurasının iclasında elan edib.

Spiker bəyan edib ki, Azərbaycan bu hadisəni qətiyyətlə pisləyir və bütün addımlarda qardaş Türkiyənin yanındadır.

O. Əsədov deyib ki, bu hadisə ilə bağlı dərhal türkdilli ölkələr, o cümlədən TÜRKPA tərəfindən bəyanat hazırlanmalıdır: “Gün ərzində bu bəyanat hazır olmalıdır”.
 
O. Əsədov diplomatların dərhal azad olunmadığı halda bunun fəsadlara yol açacağını bildirib.
 





12.06.2014    çap et  çap et