525.Az

Şəhid Polad Şirinov AzMİU-nun İnşaat Kollecinin tələbəsi olub


 

Şəhid Polad Şirinov AzMİU-nun İnşaat Kollecinin tələbəsi olub<b style="color:red"></b>

Sentyabrın 12-sindən başlayaraq Ermənistan silahlı qüvvələri tərəfindən törədilən genişmiqsaylı təxribatın qarşısı alınarkən şəhid olan hərbi qulluqçumuz Polad Şirinov Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) İnşaat Kolecinin tələbəsi olub.

Bu barədə 525.az-a Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən məlumat verilib.

5 oktyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuş Polad Şirinov orta məktəbi bitirdikdən sonra AzMİU-nun nəzdində İnşaat Kollecinin “Su təchizatı və suayırma” ixtisasına qəbul olub. O, Vətən müharibəsi ərəfəsində təhsilini yarımçıq qoyaraq həqiqi hərbi xidmətə yola düşüb və xidməti başa çatdıqdan sonra müddətdən artıq hərbi quluqçu kimi ordu sıralarında xidmətini davam etdirib.

Ermənistan silahlı qüvvələri tərəfindən törədilən son təxribatların qarşısını alarkən qəhrəmancasına şəhid olan Polad Şirinov II Fəxri Xiyabanda dəfn olunub. AzMİU-nun, eləcə də tələbəsi olduğu İnşaat Kollecinin rəhbərliyi, şəhidin müəllimləri və tələbə yoldaşları Poladın məzarını ziyarət edərək önünə əklil qoyublar.

Allah rəhmət eləsin!

 





16.09.2022    çap et  çap et