525.Az

“Qırğızıstanla iqtisadi əməkdaşlıq mövcud potensiala cavab vermir”


 

“Qırğızıstanla iqtisadi əməkdaşlıq mövcud potensiala cavab vermir”<b style="color:red"></b> Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov Bakıda səfərdə olan Qırğızıstanın parlament sədri Asılbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Lent.az-ın məlumatına görə, spiker görüşdə Türkdilli Ölkələrin Parlament Assambleyası tədbirləri çərçivəsində ikitərəfli əlaqələrin ənənəvi xarakter aldığını bildirib.

O. Əsədov qeyd edib ki, son illər dövlətlərarası münasibətlərin  intensiv xarakter alması gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Spiker təəssüflə bildirib ki, iqtisadi sahədəki əməkdaşlığımız mövcud potensiala cavab vermir:

“Ümid edirik ki, yaxın gələcəkdə bu sahədə dönüş yaranacaq”. Görüşdə parlamentlərarası əlaqələrdən danışan Mili Məclisin sədri ölkə parlamentində Qırğızıstanla işçi qrupunun fəaliyyət göstərdiyini söyləyib. O, Qırğızıstanın qanunvericilik orqanında da Azərbaycanla ayrıca belə bir qrupun yaradılmasını dövrün çağırışı kimi səciyyələndirib.

Qırğızıstan parlamentinin sədri Asılbek Jeenbekov ölkəsinin Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığın inkişafında  maraqlı olduğunu qeyd edib. Görüşdə TÜRKPA-nın 5-ci plenar iclasına hazırlıq məsələləri, parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
 





12.06.2014    çap et  çap et