525.Az

Neftçalada 8 otaqlı evdə yanğın olub


 

Neftçalada 8 otaqlı evdə yanğın olub<b style="color:red"></b>

Neftçalada evdə yanğın hadisəsi baş verib.

525.az-ın APA-ya istinadən xəbərinə görə, rayonunun Qaraqaşlı kəndində ümumi sahəsi 288 m² olan ikimərtəbəli 8 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində 2 otağın, aynabəndin yanar konstruksiyaları 72 m² sahədə və dam örtüyü 84 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 





19.09.2022    çap et  çap et