525.Az

Ceyhun Bayramov Nyu-York yola düşüb


 

Ceyhun Bayramov Nyu-York yola düşüb<b style="color:red"></b>

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün ABŞ-ın Nyu-York şəhərinə yola düşüb.

Bu barədə 525.az-a XİN-dən bildirilib.

Qeyd olunub ki, səfər zamanı sessiya çərçivəsində keçiriləcək tədbirlərdə iştirak, habelə xarici dövlətlərin rəsmiləri ilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

 





19.09.2022    çap et  çap et