525.Az

Baş Prokurorluq meşə yanğınları ilə bağlı müraciət edib


 

Baş Prokurorluq meşə yanğınları ilə bağlı müraciət edib<b style="color:red"></b>

Baş Prokurorluq meşə yanğınları ilə bağlı vətəndaşlara müraciət edib.

525.az xəbər verir ki, müraciətdə bildirilib ki, meşələrdə olarkən vətəndaşların yanğın təhlükəsizliyi tələblərinə riayət etmələri zəruridir.

Qeyd olunub ki, meşə yanğınları aşkar edildikdə, bu barədə dərhal Fövqəladə Hallar Nazirliyinə və ya yerli icra hakimiyyəti orqanlarına məlumat vermək, yanğın aşkar edildikdə, yanğınsöndürmə qüvvələri gələnə qədər onu söndürmək üçün tədbirlər görmək lazımdır.

Müraciətdə yanğınların söndürülməsində dövlət orqanlarına köməklik göstərməyin zəruri olduğu da vurğulanıb.

 





19.09.2022    çap et  çap et