525.Az

Bakı Xoreoqrafiya Akademiyasından müzəffər ordumuza möhtəşəm dəstək


 

Bakı Xoreoqrafiya Akademiyasından müzəffər ordumuza möhtəşəm dəstək<b style="color:red"></b>

18 sentyabr  Milli Musiqi günündə Bakı Xoreoqrafiya Akademiyasının (BXA) tələbə-müəllim heyəti Azərbaycanın müzəffər ordusuna möhtəşəm dəstək nümayiş etdirib. 

Qurumdan 525.az-a verilən məlumata görə, BXA-nın tələbə-müəllim heyəti Vətənin bütövlüyü uğrunda mübarizə aparan Ordumuza dəstək üçün  Azərbaycanın bayrağını dalğalandıraraq  Azərbaycan Respublikasının Dövlət Himnini canlı olaraq səsləndirib. 

Məlum olduğu kimi, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan ordusu  tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib. Genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Silahlı Qüvvələri sırasından şəhidlərimiz olub.

 





19.09.2022    çap et  çap et