525.Az

Gürcüstan parlamentində britaniyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitabın təqdimatı olacaq


 

Gürcüstan parlamentində britaniyalı jurnalistin Ermənistan-Azərbaycan münaqişəsi barədə yazdığı kitabın təqdimatı olacaq<b style="color:red"></b>

 Britaniyalı jurnalist, Sülh və Müharibə İnstitutunun Qafqaz proqramının rəhbəri Tomas de Vaal Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edən yeni kitab nəşr etdirib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, rus dilində nəşr olunan kitab “Qara bağ. Ermənistan və Azərbaycan sülh və müharibə şəraitində” adlanır.
 
Moskvada nəşr olunan kitab 19 fəsildən ibarətdir. Kitabda Qarabağla bağlı tarixi xronoloji ardıcıllıqla Azərbaycanda baş verən hadisələr, seçkilər, Ermənistan və Azərbaycan rəhbərlərinin rəsmi səfərlər zamanı qatıldıqları tədbirlərin tarixi, Cənubi Qafqazda həyata keçirilən beynəlxalq əhəmiyyətli layihələr və digər siyasi-iqtisadi tədbirlər haqqında tarixi xronologiya yer alıb.
 
Kitabda Dağlıq Qarabağ münaqişəsinin səbəblərindən bəhs edilir. Müəllif bu kitabı yazarkən sənədlərdən, erməni və azərbaycanlı siyasətçilərdən, qanlı münaqişə iştirakçılarından aldığı müsahibələrdən istifadə edilib.
 
Kitab tarix mütəxəssisləri və Qafqazın tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
 
Kitab Avropa Birliyinin maliyyə dəstəyi ilə 3000 tirajla nəşr olunub.
 
Qeyd edək ki, iyunun 13-də Gürcüstan parlamentinin Milli Kitabxanasında rəsmi şəxslərin, habelə diplomatik korpus və ictimaiyyət nümayəndələrinin iştirakı ilə kitabın təqdimatı keçiriləcək. 

 





12.06.2014    çap et  çap et