525.Az

“Hörümçək adam” ləqəbli fransız avadanlıqsız göydələnə dırmanıb


 

“Hörümçək adam” ləqəbli fransız avadanlıqsız göydələnə dırmanıb<b style="color:red"></b>

“Hörümçək adam” kimi tanınan fransız Alen Robert göydələnə avadanlığı olmadan dırmaşıb. Robertin 60 illik yubileyində dırmaşması tamaşaçılara həyəcanlı anlar yaşadıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Alen Robert, özünə verdiyi sözə əməl edərək 48 mərtəbəli 187 metrlik göydələnə qalxıb. “Hörümçək adam” ləqəbli Alen Robert bu dəfə iqlim dəyişikliyinə diqqət çəkmək istəyib. 60 illik yubileyində o, Parisin ən hündür binalarından birinə dırmaşıb. Robert avadanlıqsız dırmanışı bir saat ərzində tamamlayıb. Robert: "İllər əvvəl özümə söz vermişdim ki, 60 illik yubileyimdə zirvəyə qalxacağam. Bu vədi tuta bildiyim üçün xoşbəxtəm. İnsanlara mesaj vermək istəyirəm ki, 60 yaşında olsanız belə heç nə üçün gec deyil"- deyib.

Qeyd edək ki, Robert 1975-ci ildən bəri Eyfel qülləsi və Burj Xəlifə də daxil olmaqla 150 göydələnə qalxıb.

Məhəmməd TAĞIYEV

 





19.09.2022    çap et  çap et