525.Az

Prezident Xızıda yol tikintisinə 10 milyon manat ayırıb


 

Prezident Xızıda yol tikintisinə 10 milyon manat ayırıb<b style="color:red"></b>

 Azərbaycan prezidenti İlham Əliyev Xızı rayonunun Xızı-Altıağac avtomobil yolunun tikintisi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, 4 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisinin davam etdirilməsi məqsədi ilə dövlət büdcəsindən Xızı Rayon İcra Hakimiyyətinə 10 milyon manat ayrılıb.
 
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.

 





12.06.2014    çap et  çap et