525.Az

Azərbaycanın Avropaya təbii qaz tədarükünün artırılması müzakirə olunub


 

Azərbaycanın Avropaya təbii qaz tədarükünün artırılması müzakirə olunub<b style="color:red"></b>

Azərbaycanın energetika naziri Pərviz Şahbazov Belçika Krallığının energetika naziri Tinne Van der Straten ilə enerji əməkdaşlığına dair müzakirələr aparıb.

"APA-Economics" xəbər verir ki, nazir bu barədə tviter hesabında yazıb.

O qeyd edib ki, görüşdə Yeni Enerji Tərəfdaşlığı sənədi çərçivəsində Avropaya təbii qaz tədarükünün artırılması və Xəzərin külək enerjisinin ixracı üçün infrastruktura investisiyaların vacibliyi vurğulanıb.

 





19.09.2022    çap et  çap et