525.Az

Şuşada beynəlxalq elmi-praktik konfrans keçirilib


 

Şuşada beynəlxalq elmi-praktik konfrans keçirilib<b style="color:red"></b>

Şuşada Mədəniyyət Nazirliyi və Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutunun birgə təşkilatçılığı ilə "Azərbaycanda mədəniyyət iqtisadiyyatı: Şuşadan inkişaf impulsları" adlı beynəlxalq elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə sentyabrın 12-də gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin törətdiyi təxribat nəticəsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransda açılış nitqləri ilə startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran, mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev və İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov çıxış edib.

Startaplar üzrə tanınmış mütəxəssis, israilli ekspert Tal Katran bildirib ki, ötən gün qonaqlar üçün maraqlı olub. Səfər zamanı həm kədərli, həm də sevincli hisslər yaşanıb. Diqqətə çatdırıb ki, Qarabağın sürətlə bərpası və əvvəlki vəziyyətinə qayıtmasını görmək qonaqları valeh edib.

Mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev çıxışında bildirib ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd torpaqlarımızın işğaldan azad olunmasından sonra bu ərazilərdə mədəni və yaradıcı sənayelərin inkişafına töhfə verməkdən ibarətdir. Qeyd edib ki, Şuşa şəhəri Azərbaycan mədəniyyətində böyük rol oynayır. Şuşada Azərbaycan mədəniyyətinə töhfəsini vermiş dahi şəxsiyyətlər dünyaya göz açıb. Bu şəhər Üzeyir Hacıbəylinin Vətənidir.

Konfransda İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov qeyd edib ki, bu günlərdə Azərbaycanda mədəniyyətə hər kəs sadəcə istehlakçı kimi baxır. O bildirib ki, konfransdan əvvəl mədəniyyət iqtisadiyyatı ilə əlaqədar araşdırmalar aparılıb. Artıq əsas etibarı ilə alimlər arasında bu sahəyə maraq yaranıb.

Sonra mədəniyyət iqtisadiyyatı üzrə beynəlxalq ekspert Ornela Ramasauskaite azad edilmiş torpaqlarda mədəni dirçəliş mövzusunda çıxış edib. Bildirib ki, tədbirin Şuşada keçirilməsi simvolik xarakter daşıyır. İşğal edilmiş ərazilərdə mədəniyyətin bərpası unikaldır. Qeyd edib ki, qonaqların bu cür xoş qarşılanması mədəniyyətin, yaradıcılığın görüntüsüdür.

Konfrans işini "Azad edilmiş torpaqlarda mədəni dirçəliş və mədəni iqtisadiyyat" mövzusunda panel müzakirəsi ilə davam etdirib.

 





19.09.2022    çap et  çap et