525.Az

Polşada "Oğuzxan" eposu nəşr olunub


 

Polşada "Oğuzxan" eposu nəşr olunub<b style="color:red"></b> Polşada "Oğuzxan" eposu nəşr olunub.

Səfirlikdən Trend-ə verilən məlumata görə, bununla əlaqədar "Azərbaycan Eposları" seriyasından "Oğuzxan" eposu Azərbaycanın Polşadakı səfirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Adam Miçkieviç İnstitutunun birgə əməkdaşlığı nəticəsində İSBN kodu ilə nəşr olunub, ali məktəb kitabxanalarına və yerli ictimaiyyətə təqdim edilib.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənovun təşəbbüsü ilə Azərbaycanın tanıdılması məqsədilə silsilə tədbirlər görülməkdədir. Azərbaycan haqqında polyakları ətraflı məlumatlandırmaq məqsədilə Azərbaycanın Polşadakı səfirliyi tərəfindən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan Mədəniyyəti, İncəsənəti, Musiqisi, Arxitekturası, Tarixi, Eposları, Mətbəxi və Azərbaycan-Polşa seriyaları altında 50 adda müxtəlif kitabların nəşrləri reallaşmaqdadır.

 





12.06.2014    çap et  çap et