525.Az

Dünya Çempionatının açılış mərasimi olub


 

Dünya Çempionatının açılış mərasimi olub<b style="color:red"></b>

Bir qədər əvvəl dünya çempionatının rəsmi açılış mərasimi keçirilib.

525.az-ın xəbərinə görə, mərasim Braziliya vaxtı ilə saat 15.15-də (Bakı vaxtı ilə saat 23.15) başlanıb.

Açılış mərasimi 25 dəqiqə davam edib. Bundan sonra isə San-Paulu şəhərindəki arenanın meydançası çempionatın açılış oyunu – Braziliya – Xorvatiya görüşü üçün hazırlanıb.

Açılış mərasiminə tanınmış müğənni Cennifer Lopez də qatılıb. Mərasim dünya çempionatının himninin oxunması ilə yekunlaşıb. 

 





12.06.2014    çap et  çap et