525.Az

Braziliya DÇ-ə qələbəylə başlayıb


 

Braziliya DÇ-ə qələbəylə başlayıb<b style="color:red"></b>

Bu gün futbol üzrə 20-ci dünya çempionatına start verilib.

525.az-ın məlumatına görə, Braziliyada təşkil olunan mundialın açılış matçı  San Paulo şəhərində baş tutub.

32 komandanın iştirakı ilə keçiriləcək turnirin ilk oyununda meydan sahibləri - Braziliya və Xorvatiya yığmaları üz-üzə gəlib. Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Braziliya yığmasından Marselo avtoqolla, Neymar isə dublla yadda qalıb.

Xatırladaq ki, Xorvatiya yığması Avro-2016-nın seçmə mərhələsində milli komandamızla eyni qrupda yer alıb.

Qeyd edək ki, bu gecə mundialın daha üç oyunu keçiriləcək.

 

12 iyun

A qrupu

01:00. Braziliya - Xorvatiya - 3:1
Qol: Marselo, 11-avtoqol (0:1), Neymar, 29 (1:1), 71-pen. (2:1), Oskar, 90+1 (3:1)


13 iyun

21:00. Meksika - Kamerun

 

S  KomandalarOQHMT-FX
1  Braziliya11003-13
2  Xorvatiya10011-30
3  Meksika00000-00
4  Kamerun00000-00


13 iyun

B qrupu

00:00. İspaniya - Hollandiya (iyunun 13-dən 14-nə keçən gecə)

03:00. Çili - Avstraliya (iyunun 13-dən 14-nə keçən gecə)

 

S  KomandalarOQHMT-FX
1  Hollandiya00000-00
2  İspaniya00000-00
3  Çili00000-00
4  Avstraliya00000-00

 





13.06.2014    çap et  çap et