525.Az

Erməni təxribatı zamanı Laçında basdırılan növbəti 90 mina zərərsizləşdirilib - Foto


 

Erməni təxribatı zamanı Laçında basdırılan növbəti 90 mina zərərsizləşdirilib - <b style="color:red">Foto</b>

Ermənistan silahlı qüvvələrinin diversiya qruplarının Azərbaycan ərazisində basdırdıqları minaların aşkar edilərək zərərsizləşdirilməsi istiqamətində görülən işlər davam edir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, sentyabrın 20-də mühəndis-istehkamçılarımız tərəfindən aparılan minatəmizləmə fəaliyyəti nəticəsində Laçın rayonu ərazisində Böyük İşıqlı dağının dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 90 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

"Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri qarşı tərəfin minaladığı ərazilərimizin təmizlənməsi üzrə fəaliyyətlərini yüksək peşəkarlıqla davam etdirir", MN-dən bildirilib.

 





21.09.2022    çap et  çap et