Fransanın Strasburq Universiteti enerjiyə qənaət etmək üçün ilin sonu tətilini uzatmaq qərarına gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransanın Strasburq Universitetindən verilən açıqlamada Fransa və Avropa ölkələrinin 2021-ci ildən enerji qiymətlərində artımla üzləşdiyi xatırladılıb və Ukrayna-Rusiya müharibəsi kimi səbəblərdən bəhs edilib.
Elektrik və qaz qiymətlərindəki artım meylinin universitetin enerji fakturasına da təsir edəcəyi qeyd edilən açıqlamada, enerji istehlakını azaltmaq üçün qurum tərəfindən atılacaq konkret addımlar planlaşdırılıb. Bu çərçivədə universitet binalarının bu ilin sonunda qızdırılmağa başlanacağı və istiliyin mümkün qədər tez dayandırılacağı bildirilib. Universitetin binalarında isə temperaturun 19 dərəcəyə sabitlənəcəyi, ilin sonu tətilinin yanvarın 3-ə deyil, yanvarın 9-a qədər uzadılacağı, universitet binalarının isə əlavə bir həftə müddətinə bağlanacağı bildirilib.
Qeyd edək ki, universitetin bağlandığı bu tarixlərdə bəzi istisnalar istisna olmaqla, personalın distant rejimdə işləyəcəyi, universitet işçilərindən işıqlandırmanı, o cümlədən fotokopiya və kompüter kimi avadanlıqları söndürmələri istənilib.
Məhəmməd Tağıyev