525.Az

Avropada qazın qiyməti 2 200 dollara yaxınlaşıb


 

Avropada qazın qiyməti 2 200 dollara yaxınlaşıb<b style="color:red"></b>

Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 2 200 ABŞ dollarına yaxınlaşıb.

525.az APA-Economics-ə istinadən xəbər verir ki, 19 sentyabr tarixində oktyabr fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 2 190,5 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti ilə müqayisədə 9% çoxdur.


Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

 





21.09.2022    çap et  çap et