525.Az

Bakıda maşın dirəyə çırpılıb: 3 nəfər ağır yaralanıb


 

Bakıda maşın dirəyə çırpılıb: <b style="color:red">3 nəfər ağır yaralanıb</b>

Bakıda yüksək sürət ağır yol qəzasına səbəb olub.

APA-nın məlumatına görə, qəza nəticəsində 3 nəfər xəsarət alıb. Yusif Səfərov küçəsi ilə hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində işıq dirəyinə çırpılıb.
 
Zərbə o qədər güclü olub ki, işıq dirəyi yerindən qoparaq, yola aşıb.
 
Qəza nəticəsində sürücü də daxil olmaqla 3 nəfər xəsarət alıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Yaralılar deformasiyaya uğramış avtomobildən çıxarılıblar və təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya aparılıb.
 
Xəstəxanadan APA-ya verilən məlumata görə, hər üç yaralının vəziyyəti ağırdır. Onların şəxsiyyətini təsdiq edən heç bir sənəd olmadığından, ad və soyadlarını hələlik dəqiqləşdirmək mümkün olmayıb.
 
Yol-nəqliyyat hadisəsi ilə bağlı Xətai Rayon Polis İdarəsində araşdırma aparılır.

 





13.06.2014    çap et  çap et