525.Az

Dünya ağlını itirib - Çingiz Abdullayev yazır


 

Dünya ağlını itirib - <b style="color:red"> Çingiz Abdullayev yazır</b>

Mən susa bilmirəm. Qırğızıstanda və Tacikistanda onlarla ölən var. Görəsən, bu baş verənlər “sivil dünyada” kimlərisə narahat edir? Onların heç nə veclərinə deyil. Qoy, bir-birilərini öldürsünlər. Ölüm sayı nə qədər çox olarsa, bir o qədər yaxşıdır. Gəlin, səmimi olaq. 

Bütün dünya ölkələri bizim qonşu dövlətlə olan konfliktdən ona görə narahatdır ki, onların əsas diqqəti məhz “əzabkeş qonşu”ya yönəlib. Amerikalılar və iranlılar həmrəyliklə bizə qarşıdırlar. Doxsanıncı ilin yanvarından sonra dünya silkələnib? İndiyə kimi 20 yanvar və Xocalı qətliamından sonra bizi günahkar bilirlər? Minlərlə hüquq müdafiəçisi harada idi?

İki gün ərzində xeyli sayda şəhid vermişik. Bəzi çağırışlar edirlər. Ukrayna, Rusiya, Amerikaya qarşı təbliğatla məşğul olmayın. Yetər! Hər şeydən öncə öz ölkəmiz haqqında düşünün! Bəlkə Azərbaycana dair təbliğatla məşğul olmağın zamanıdır? İllər öncə mən “İnsan ömürlərinin mübadilə qiyməti” adlı yazı yazmışdım. Təkrar edə bilərəm: bir amerikalının həyatı iki fransızın, üç almanın, beş italyanın, səkkiz çexiyalının, on polyakın, iyirmi rusun, əlli türkün, yüz ərəbin və bir yəhudinin qulağına bərabərdir. Bu “mübadilə” ilə yüzlərlə və minlərlə öz adamlarını İsrailin bir vətəndaşına dəyişən ərəblərin özləri də razıdılar. Bəlkə öz xalqının həyatını dəyərləndirməyi İsraildən öyrənməliyik? Bəlkə onlardan nümunə götürməliyik? 

Bir neçə gündən sonra Ukraynanın vilayətlərində keçiriləcək referendumdan sonra əsl müharibə başlaya bilər. Baxmayaraq ki, elə indi də müharibə gedir. Heç bir qayda-qanuna əməl olunmur. “Gəlin, Çində, Serbiyada, Azərbaycanda olan separatistləri müdafiə edək və Gürcüstanda, Moldavada və Ukraynada olan separatistləri əzək, məhv edək”. Bəs Korsika, Katalonya, Şotlandiya? Heç bir beynəlxalq hüquqa riayət olunmur. Ancaq güc hökmranlıq edir. Dünya ağlını itirib. Və biz seçim etməyə məcburuq. Birdə təkrar edirəm. Hər bir kəs hər şeydən öncə öz xalqı, öz ölkəsi barədə düşünməlidir. Şuşa işğal olunanda Bakıda hakimiyyət uğrunda mübarizə gedirdi, restoranlarda əylənirdilər. Xocalı faciəsi baş verən zaman Milli Məclis faciənin əsl səbəbkarlarını demək əvəzinə  Prezidenti istefaya göndərdi. İndi bizim “liberallar” bizim oğullardan başqa hamını müdafiə etməyə hazırdılar. Mən bu gün həlak olan zabitin abidəsini ziyarət etmişəm. Onun oğlu heç bir zaman ata məhəbbətinin nə olduğunu bilməyəcək. Dünyada ən böyük faciə mənim xalqımın başına gələnlərdir. Və bu oğlanın həyatı bizim hamımız üçün bu dünyada ən vacib kontakt olmalıdır.  

 





21.09.2022    çap et  çap et