525.Az

Azərbaycanlı yazar Beynəlxalq Şeir Günündə iştirak edəcək


 

Azərbaycanlı yazar Beynəlxalq Şeir Günündə iştirak edəcək<b style="color:red"></b>

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar qardaş Türkiyədə təşkil olunan Beynəlxalq Şeir Günlərində iştirak edəcək.

525.az xəbər verir ki, 23 ildir təşkil olunan şeir günləri 23-25 sentyabr tarixlərində qardaş ölkənin Balıkesir şəhərində baş tutacaq. Azərbaycandan DGTYB başqanı İntiqam Yaşarın dəvət aldığı beynəlxalq tədbirə bir neçə ölkədən şairlər dəvət olunub. Belə ki, tədbirdə Güney Afrikadan Şabbir Banoibhai, Moldovadan (Qaqauz Yerindən) Tudor Zanet, Bolqarıstandan Əziz Şakir, Quzey Makedonyadan  Esra Matyan, İraqdan Mehmet Ömər Qazançı və Türkiyənin müxtəlif şəhərlərindən fərqli ədəbi nəsillərə mənsub şairlər iştirak edəcək.

Uzun illərə söykənən ənənəvi şeir günlərinin təşkilatçıları Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin Balıkəsir İdarəsi,  Balıkəsir Valiliyi, Təhsil Nazirliyinin Balıkəsir İdarəsi, Balıkəsir Universiteti, Balıkəsir Mərkəzi Kitabxanası və b. qurumlardır. 

Şeir Günləri rəngarəng proqramlarla 3 gün davam edəcək.
 

 





21.09.2022    çap et  çap et