Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq və Gənclər Teatrı yeni teatr mövsümünün açılışını 27 sentyabr 19:00-da keçirməyi planlaşdırır. Açılış R.Behbudov adına Mahnı Teatrında "Cənnətə bilet" tamaşası baş tutacaq.
Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımıza, şəhidlərimizə ithaf olunmuş tamaşanın müəllif və rejissoru İlhamə Əhmədova, rəssam Sevda Məmmədovadır. Musiqi tərtibatı Rauf Huseynliyə aiddir. Rollarda Mehman Piriyev (baba), Flora Hüseynova (nənə), II Qarabağ müharibəsi iştirakçısı olan aktyor Röyal Allahverdiyev (şəhid), Türkan Şahmarlı (gəlin), Toğrul İsabəyli və Əli Babayev (uşaqlar) çıxış edirlər.
Səhnə əsərinin mövzusu II Qarabağ müharibəsində baş vermiş hadisələrdən qaynaqlanıb.
Tamaşada həyat reallıqlarından, dövlət başçısının həmin günlərdə televiziya vasitəsi ilə xalqa müraciətlərindən və qələbə müjdəli çıxışlarından istifadə olunub.
çap et