525.Az

Almaniya hökuməti "Uniper"in böyük hissəsini alacaq


 

Almaniya hökuməti "Uniper"in böyük hissəsini alacaq<b style="color:red"></b>

Rusiyanın ən böyük qaz idxalçısı olan "Uniper"in səhmlərinin böyük hissəsini Almaniya hökuməti alacaq.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Almaniya hökuməti Rusiya qazının kəsilməsi səbəbiylə çətin vəziyyətdə olan enerji qrupu "Uniper"in Finlandiya "Fortum"undaki səhmlərini almağı planlaşdırır. "Uniper" səlahiyyətləri: "Nəticədə federal hökumətin "Uniper"in əsas səhmlərini alacağı gözlənilir"- deyib. Lakin, hələlik  razılaşmanın yekunlaşmadığı bildirilib. 

Finlandiyanın "Fortum" ictimai şirkətinin Uniper-də payı isə 77,9 faiz təşkil edir. "Uniper" qrupunun işçi şurasının sədri Harald Siqatz Reinisçe "Post" qəzetinə: "Hazırda qaz böhranından çıxmaq və uzunmüddətli perspektivdə enerji keçidini mənimsəmək üçün əsas səhmdar kimi dövlətə ehtiyacımız var"- deyə bildirib.

Məhəmməd Tağıyev

 





22.09.2022    çap et  çap et