525.Az

Fransada sahilə çıxan balina xilas edilib


 

Fransada sahilə çıxan balina xilas edilib<b style="color:red"></b>

 Fransada sahilə çıxan büzməli balina xilas edilərək dənizə buraxılıb.

525.az xarici mediaya istinadən xəbər verir ki, dünən Fransanın Bretoniya bölgəsindəki Ploeven çimərliyində sahilə çıxan 12 metrlik büzməli balina "Sea Shepherd" qeyri-hökumət təşkilatının yanğınsöndürənləri və könüllüləri tərəfindən həyata keçirilən əməliyyatla xilas edilib. Balina yenidən dənizə qovuşduqdan sonra "Sea Shepherd" Twitter hesabında bunu "möcüzə" adlandırıb.

Qeyd edək ki, bu ay Bretoniya ərazisində sahilə çıxan digər iki balina dənizə buraxılmamışdan ölmüşdü.

Məhəmməd Tağıyev

 





22.09.2022    çap et  çap et