525.Az

Moldova Baş naziri Azərbaycanda qaz tədarükünü müzakirə edəcək


 

Moldova Baş naziri Azərbaycanda qaz tədarükünü müzakirə edəcək<b style="color:red"></b>


Moldovanın Baş naziri Nataliya Qavrilitsa oktyabrın birinci yarısında Azərbaycanda səfəri zamanı ölkəsinə qaz tədarükünü müzakirə etmək niyyətindədir.

525.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Baş nazir bu il oktyabrın 10-12-də Azərbaycanın paytaxtında keçiriləcək ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan hökumətlərarası komissiyasının iclası çərçivəsində Bakıya səfər edəcək.

Məlumata görə, müzakirə olunan məsələlər arasında Azərbaycandan təbii qazın idxalının mümkünlüyü də var.

 





22.09.2022    çap et  çap et