525.Az

Pelevinin yeni kitabı çap olunacaq


 

Pelevinin yeni kitabı çap olunacaq<b style="color:red"></b>

Viktor Pelevinin yeni kitabı 2022-ci ilin sonlarına doğru çap olunacaq.

525.az bu barədə Rusiya KİV-ə əsasən bildirir ki, rusiyalı yazıçı Viktor Pelevinin növbəti romanı 2022-ci ilin son aylarında işıq üzü görəcək.

Daha əvvəl, müəllifin bu il payız mövsümünün əvvəlinə kimi yeni əsərlərini təqdim etməyəcəyi, ilk dəfə 2011-ci ildə işıq üzü görmüş S.N.U.F.F. romanının təkrar nəşri satışa çıxarılacağı bildirilmişdi. Eyni zamanda, nəşrin nümayəndələri xatırladıblar ki, bu ilin noyabrında müəllif 60 yaşını qeyd edir, ona görə də “sürprizlərin” mümkünlüyü istisna edilmir.

Malik Atilay

 





22.09.2022    çap et  çap et