525.Az

Avropada Çinin günəş panellərinə tələbat artıb


 

Avropada Çinin günəş panellərinə tələbat artıb<b style="color:red"></b>

Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya təbii qazının ixracında yaranan fasilələr Çində istehsal olunan günəş panellərinə Avropada tələbatı artırıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, enerji sənayesi məsləhət şirkəti "İnfolink" tərəfindən dərc edilən hesabatda 2022-ci ilin ilk 7 ayında Çindən Avropa ölkələrinə ümumi gücü 51,5 gigavat olan fotovoltaik panellərin ixrac edildiyi açıqlanıb.

Hesabatda bildirilib ki, yanvar-iyul aylarında günəş enerjisi istehsal edən panellərin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25,9 faiz artıb. Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyanın enerji şirkəti "Gazprom" "Şimal axını" boru kəməri ilə Avropaya gündəlik təbii qaz nəqlini azaldıb və sentyabrın əvvəlində tamamilə dayandırmışdı. Enerji düşüncə mərkəzi (Ember) tərəfindən toplanan məlumatlara görə, Avropa Birliyi (AB) ölkələrində günəş enerjisi ilə istehsal olunan elektrik enerjisinin miqdarı may-avqust aylarında əvvəlki ilə nisbətən 28 faiz artaraq 99,4 terawatt/saata çatıb.

Qeyd edək ki, may ayında açıqlanan bərpa olunan enerji planında (AB), 2020-ci ilin sonunda 136 gigavat olan quraşdırılmış günəş enerjisi gücünü 2025-ci ilə qədər iki dəfə artırmağı və 2030-cu ilə qədər 600 gigavata çatdırmağı hədəflədiyini açıqlayıb.

Məhəmməd Tağıyev

 





22.09.2022    çap et  çap et