525.Az

Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olundu


 

Markesin “Seçilmiş əsərləri” Maria Anxelika Stirə təqdim olundu<b style="color:red"></b>

Kolumbiya Respublikasının Azərbaycanda müvəqqəti işlər vəkili Maria Anxelika Stir sentyabrın 22-də Dövlət Tərcümə Mərkəzində qurumun rəhbəri, Xalq yazıçısı Afaq Məsudla görüşüb.

525.az xəbər verir ki, görüş zamanı Azərbaycan–Kolumbiya ədəbiyyatlararası əlaqələr istiqamətində hazırlanan layihələr, ölkələrarası ədəbi mübadilələrin perspektivləri, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Yeddi gözəl” poemasının Kolumbiyanın dövlət və ictimai kitabxanalarına, təhsil və mədəniyyət ocaqlarına yerləşdirilməsi, klassik və müasir Azərbaycan ədəbiyyatının, tarixinin, mədəniyyətinin Kolumbiya, eləcə də  digər Latın Amerikası ölkələrində  tanıdılması ilə bağlı nəzərdə tutulan müvafiq tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.

Maria Anxelika Stir: “Kolumbiya xalqının fəxri Qabriel Qarsia Markesin əsərlərinin belə bir təkmil səviyyədə nəşrinə və təbliğinə görə dərin təşəkkürümü bildirirəm. Əsərlərin seçimi, kitabın tərtibatı yüksək peşəkarlıq və zövqlə hazırlanıb. Kitabın səfirlikdə geniş təqdimatını təşkil etməyi planlaşdırırıq”.

 





22.09.2022    çap et  çap et