https://525.az/img/pics/medium/2023-12/294728_imglsw1ucp.jpg “525-ci qəzet”in 12 dekabr sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2023-12/294588_kcgfluz7lc.jpg Misraların ahından çatılan ocaq
https://525.az/img/pics/medium/2023-12/294585_fmnyrxlhty.jpg Yarıtmaz telefon ustaları və çapovulçu satıcılar
https://525.az/img/pics/medium/2023-10/288968_ragrh5bfj8.jpg Əsgəri imperatora çevirən sevgi - Rəvan Cavid yazır
search
11 Dekabr 2023

“Palandökən CUP–2023” Beynəlxalq turnirinin təşkilat komitəsi yaradılıb

“Palandökən CUP–2023” Beynəlxalq turnirinin təşkilat komitəsi yaradılıb

2023-cü il, 25-31 may tarixində Ərzurumda UYAFA “Palandökən CUP–2023” Beynəlxalq turniri keçiriləcək.

525.az xəbər verir ki, turnirə hazırlıq çərçivəsində UYAFA prezidenti Özcan Şimşəyin rəhbərliyi ilə Ərzurum valisi cənab Okay Memişin ofisində görüş olub. Ziyarətçilər Ərzurum Gənclik və spor müdürü Birdal Öztürk və Ərzurum Böyükşəhər Bələdiyyəsinin baş katibi Zəfər Aynalı ilə görüşüblər. “Kigon Yapay Zeka” şirkətinin idarə heyətinin sədri Houshng Ebrahimi-Manie, KİGON texniki meneceri Amir Ghoda, Araz Naxçıvan PFK idarə heyətinin sədrinin müavini Sakit Rzayev, UYAFA Palandökən CUP baş koordinatoru Əli Güney və KİGON Türkiyə təmsilçisi Kamuran Çakır qatıldığı görüşdə gələn il U-13 komandaları arasında turnirə qatılacaq Avropa komandaları ilə bağlı məlumat verilib. 

Bundan əlavə UYAFA ilə “Kigon Yapay Zeka” şirkəti ilə iş birliyi məsələsində futbol meydançaları, texniki məsələlər və qidalanmaqla bağlı müzakirələr olub. Müzakirələrin nəticəsində rəsmi qurumların da yer alacağı təşkilat komitəsinin qurulması ilə bağlı qərarlar verilib. Təşkilat komitəsində Araz Naxçıvan PFK idarə heyətinin sədrinin müavini Sakit Rzayev yer alıb.

Xatırldaq ki, turnirə 24 komanda qatılacaq.


 

Bölmənin digər xəbərləri
© 2012-2023 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.