525.Az

Ukrayna Efiopiya və Somaliyə yardım kimi 50 min ton buğda göndərir


 

Ukrayna Efiopiya və Somaliyə yardım kimi 50 min ton buğda göndərir<b style="color:red"></b>

Ukrayna Efiopiya və Somaliyə humanitar yardım göndərir.

525.az APA-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, Afrika ölkələrinin əhalisinin üzləşdiyi ərzaq təhlükəsizliyi çağırışlarına cavab olaraq, Prezident Vladimir Zelenskinin təşəbbüsü ilə Ukrayna Efiopiya Federativ Demokratik Respublikası və Somali Federal Respublikası hökumətlərinə ölkələrində humanitar vəziyyəti yaxşılaşdırmaq istiqamətində dəstəkləmək üçün humanitar yardım kimi 50 min ton buğda göndərilir.

 





22.09.2022    çap et  çap et