525.Az

Ekspert: "2023-cü il proqnozlaşdırma baxımından ən çətin illərdən biri olacaq"


 

Ekspert: "2023-cü il proqnozlaşdırma baxımından ən çətin illərdən biri olacaq"<b style="color:red"></b>

Asiya İnkişaf Bankı (AİB) bu il Azərbaycanda inflyasiyanın 11,5 faiz olacağını proqnozlaşdırır. 

Məsələ ilə bağlı 525.az-a danışan iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, bu il 11 faizin ətrafında bir inflyasiya görə biləcəyik: "2023-cü il proqnozlaşdırma baxımından deyərdim ki, son on ildə ən çətin illərdən biri olacaq. Çünki bu il Rusiya- Ukrayna müharibəsinin genişlənməsi yoxsa bitməsindən kəskin şəkildə asılı olacaq. Bu asılılıqdan dolayı bilavasitə biz inflyasiyanın nəticəsini müşahidə edə biləcəyik. Azərbaycan tərəfindən 2022-ci ildə inflyasiyanın tək rəqəmli olacağı ilə bağlı proqnoz verilib. Avropa Yenidənqurma və İnkişaf Bankının verdiyi proqnozlar Azərbaycanın verdiyi proqnozlardan bir qədər yuxarı səviyyədədir. Asiya İnkişaf Bankının proqnozuna gəldikdə isə mən hesab edirəm ki, məhz bu proqnoz 2023-cü il üçün daha real gözləntidir. Yəni real nəticə təxminən 11-12 faizlik bir inflyasiya olacaq. Bu ilin səkkiz ayı ərzində 12,9 faiz yox, daha da artaraq 13 faizin üzərinə qalxıb. Hətta ərzaq məhsullarında faiz daha yüksəkdir. Məncə, növbəti ildə inflyasiya 13 faizdən yuxarı olmasa belə 11 faiz ətrafında bir inflyasiya görə biləcəyik. Amma dönə-dönə təkrar etmək istəyirəm ki, Rusiya- Ukrayna müharibəsinin miqyası genişlənsə və sanksiyalar digər ölkələrə də tətbiq olunsa, o zaman istehsal və tədarük proseslərində ciddi problemlər yaşanacaq. Bu da özünü birinci növbədə inflyasiyanın artmasında göstərəcək".

Qeyd edək ki, Asiya İnkişaf Bankı gələn il Azərbaycanda inflyasiya ilə bağlı proqnozunu da 1,7 faiz bəndi artıraraq 7 faizə çatdırıb.

Aytac Səhəd

 





22.09.2022    çap et  çap et