525.Az

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib


 

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib<b style="color:red"></b>

Şəmkirdə 33 yaşlı qadın qətlə yetirilib.

Şəmkir Rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Çaparlı kəndində baş verib.
 
Kənd sakini, 1981-ci il təvəllüdlü Tağılı Nəsibə Akif qızı yaşadığı evdə bıçaqlanaraq qətlə yetirilib. Şəmkir Rayon Prokurorluğunun əməkdaşları hadisə yerində araşdırma aparırlar.
 
Məlumata görə N. Tağılı azyaşlı bacısı qızı ilə bir yerdə yaşayırmış.
 
Faktla bağlı cinayət işi açılıb. İstintaq aparılır.

 





13.06.2014    çap et  çap et