525.Az

Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb - Foto


 

Ermənilərin Xocalı istiqamətində basdırdığı tələ-mina aşkarlanıb - <b style="color:red">Foto</b>

Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri azad edilmiş ərazilərimizin minalardan təmizlənməsi istiqamətində fəaliyyətlərini davam etdirir.

Müdafiə Nazirliyindən 525.az-a verilən məlumata görə, erməni hərbi birləşmələri tərəfindən Xocalı rayonu istiqamətində basdırılmış Ermənistanda istehsal edilmiş piyada əleyhinə PMN-Э minalarından ibarət beş ədəd tələ-mina aşkar edilib.
Xəbərə görə, Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar çıxarılaraq daşınıb və təhlükəsizlik qaydalarına riayət olunmaqla zərərsizləşdirilib.

 





23.09.2022    çap et  çap et