525.Az

Macarıstan TürkPA-da müşahidəçi statusu alıb


 

Macarıstan TürkPA-da müşahidəçi statusu alıb<b style="color:red"></b>

Türkdilli ölkələrin Parlament Assambleyasının (TürkPA) Bakıda keçirilən 5-ci plenar iclasında Macarıstana qurumda müşahidəçi statusunun verilməsi müzakirəyə çıxarılıb.

APA-nın məlumatına görə, iclasa sədrlik edən Azərbaycan Milli Məclisinin və TürkPA-nın hazırkı sədri Oqtay Əsədov bildirib ki, bu təklif Macarıstanın rəsmi xahişi ilə gündəliyə salınıb. O deyib ki, bu məsələ uzun zamandır üzv ölkələr arasında müzakirə olunur.
 
Təklif səsə qoyularaq qəbul edilib və Macarıstana TürkPA-da müşahidəçi statusu verilib. Macarıstan parlamentinin sədr müavini Sandor Lezsak üzv ölkələrə təşəkkürünü bildirib və Macarıstanın bu etimadı doğrultacağına söz verib.

 





13.06.2014    çap et  çap et