525.Az

"James Webb" Marsı görüntüləyib


 

"James Webb" Marsı görüntüləyib<b style="color:red"></b>

Elm aləmində kosmosun sirrini işıqlandıran yeni inkişaflar baş verir. "James Webb teleskopu" bu dəfə Marsın şəklini çəkib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA-nın inkişaf etdirdiyi "James Webb teleskopu" qırmızı planetin şəklini çəkib. Lakin, işığın çox yüksək olması səbəbindən "tam planet şəkli" əldə etmək mümkün olmayıb və Marsın yalnız şərq yarımkürəsinin fotoşəkilləri çəkilib.

NASA tərəfindən yayımlanan görüntülərdə planetdən əks olunan işıq və toz təbəqələri kimi xüsusiyyətlər də yer alıb. Bu günə qədər ən qabaqcıl kosmik teleskopu olan "James Webb" NASA, Avropa Kosmik Agentliyi və Kanada Kosmik Agentliyi üçün fəaliyyət göstərir.

Qeyd edək ki, teleskop bundan əvvəl Yupiter planetinin və Fantom qalaktikalarının ən aydın şəkillərini çəkib.

Məhəmməd Tağıyev

 





23.09.2022    çap et  çap et