525.Az

AMEA-nın yeni Nizamnaməsinin layihəsi müzakirə edilib


 

AMEA-nın yeni Nizamnaməsinin layihəsi müzakirə edilib<b style="color:red"></b>

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin iclası keçirilib.

Akademiyadan 525.az-a verilən xəbərə görə, iclasda AMEA-nın yeni Nizamnaməsinin layihəsi müzakirə edilib.

AMEA-nın Nizamnaməsinin layihəsi Rəyasət Heyətinin iclasında müzakirə edildikdən sonra Akademiyanın Ümumi yığıncağına təqdim olunacaq. Nizamnamə qaydalarına əsasən, AMEA-nın Nizamnaməsi Ümumi yığıncağın vəsatəti ilə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir.

Qeyd edək ki, yeni Nizamnamə layihəsi Prezident Fərmanı əsasında Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Yeni Nizamnamə layihəsi hazırlanarkən elmi tədqiqatların ölkəmizin dövlət tərəfindən müəyyən edilmiş milli prioritetlərinə və inkişaf strategiyasına uyğun şəkildə, dünya elminə inteqrasiya şəraitində təşkili və həyata keçirilməsi ilə əlaqədar müddəalar, habelə elm və təhsilin qarşılıqlı əlaqəsi ilə bağlı məsələlər əsas prinsip kimi qəbul olunub. Bütövlükdə 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib. Layihədə Akademiyanın beynəlxalq əməkdaşlığının təşkili və tənzimlənməsinə aid müddəalar da özünə yer tapıb.

Sevinc Qarayeva

 





23.09.2022    çap et  çap et