525.Az

“Brent” neftinin qiyməti 87 dollardan aşağı düşüb


 

“Brent” neftinin qiyməti 87 dollardan aşağı düşüb<b style="color:red"></b>

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri bu ilin 25 yanvar tarixindən ilk dəfə olaraq 87 ABŞ dollarından aşağı enib.

525.az APA-a istinadən xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin noyabr müqaviləsinin dəyəri 3,87% azalaraq, 1 barelə görə 86,96 dollar təşkil edib.

Bundan başqa, WTI markalı neftin qiyməti bu ilin 11 yanvar tarixindən ilk dəfə olaraq 80 dollardan aşağı enib. Nəticədə Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin oktyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 4,56% azalaraq, 79,69 dollar təşkil edib.

 





23.09.2022    çap et  çap et