“Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşü ilə bağlı heç bir məlumatım yoxdur, lakin hesab edirəm ki, bu görüş vacib olacaq”.
APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar deyib.
Son vaxtları cəbhə həddində artan gərginliyə münasibət bildirən diplomat qeyd edib ki, ABŞ və ATƏT-in Minsk Qrupunun həmsədrləri bu gərginliyin artmaması üçün bütün səyləri göstərir: “Biz inanırıq ki, Azərbaycan və Ermənistan cəbhə xəttində gərginliyin azalması üçün addımlar atacaq”.
çap et