525.Az

Millimiz Türkiyəyə böyük hesabla uduzub


 

Millimiz Türkiyəyə böyük hesabla uduzub<b style="color:red"></b>

Bu gün Azərbaycan U-19 millisi Avropa çempionatının seçmə mərhələsində  növbəti oyununa çıxıb.

525.az Qol.az-a istinadən xəbər verir ki, komandamız Türkiyə U-19-u ilə qarşılaşıb. Bolqarıstanın Albena şəhərində baş tutan görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, Azərbaycan millisi qrupdakı ilk matçında Bolqarıstana minimal hesabla uduzub - 0:1. Türkiyə isə Lüksemburqla heç-heçə edib - 4:4.

 





24.09.2022    çap et  çap et