525.Az

Eyfel qülləsi erkən qaralıb


 

Eyfel qülləsi erkən qaralıb<b style="color:red"></b>

Fransanın paytaxtı Parisdəki Eyfel qülləsinin işıqları bələdiyyənin enerji qənaəti addımları çərçivəsində 1 saat 15 dəqiqə tez söndürülüb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Fransada enerji qənaətinə keçidin təsirli olması və məlumatlılığın artırılması üçün bəzi turistik və tarixi binaların işıqlarının normal saatlardan əvvəl söndürülməsinə qərar verilib. Bu çərçivədə paytaxtın simvoluna çevrilən Eyfel qülləsi 1 saat 15 dəqiqə əvvəl qaralıb. Eyfel qülləsinin işıqları artıq hər gün yerli vaxtla saat 01:00-da söndürülür.
Həmçinin, yerli vaxtla axşam saat 22:00-da Parisin bütün yerlərindəki meriyaların, bələdiyyə muzeylərinin və təxminən 52 metr hündürlüyündəki Sen-Jak qülləsinin işıqları da söndürülüb.

Qeyd edək ki, Paris bələdiyyə başçısı Anne Hidalqo 13 sentyabrda "Twitter"də bələdiyyənin enerjiyə qənaət çərçivəsində aldığı yeni qərarları açıqlayıb və bələdiyyəyə bağlı binaların, eləcə də Eyfel qülləsinin işıqlarının sentyabrın 23-dən etibarən erkən söndürüləcəyini bildirib.

Məhəmməd Tağıyev

 





25.09.2022    çap et  çap et