525.Az

24 miqrant insan alverçilərinin əlindən xilas edilib


 

24 miqrant insan alverçilərinin əlindən xilas edilib<b style="color:red"></b>

Keniya Xarici İşlər Nazirliyindən verilən açıqlamada, əksəriyyəti Keniya vətəndaşı olan 24 afrikalı mühacirin insan tacirlərinin əlindən xilas edildiyi bildirilib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, Cənubi Asiya ölkələrindən biri olan Laosda insan tacirlərindən xilas edilən immiqrantların 22-i Keniya, digər ikisi isə Uqanda və Burundi vətəndaşlarıdır. İnsan tacirlərinin əlində yüzlərlə afrikalı mühacirin olduğu paylaşılan açıqlamada Cənubi Asiya ölkələrinə ev işi, müəllimlik kimi işlərin ümidi ilə gedən afrikalıların insan tacirlərinin əlinə keçdiyi vurğulanıb.

Qeyd edək ki, hər il yüzlərlə afrikalı yeni iş və həyat ümidi ilə qanuni və qanunsuz yollarla Cənubi Asiya ölkələrinə mühacirət edir.

Məhəmməd Tağıyev

 





25.09.2022    çap et  çap et