525.Az

"Qəbələ" - "Hayduk" matçının hakimləri açıqlandı


 

"Qəbələ" - "Hayduk" matçının hakimləri açıqlandı<b style="color:red"></b>

UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin U-19 komandasının ilk ev oyununun hakimləri müəyyənləşib.

525.az Qol.az-a istinadən xəbər verir ki, Çempionlar yolunda mübarizə aparan “qırmızı-qaralar”ın “Hayduk”la (Xorvatiya) cavab görüşünü Türkiyədən olan ədalət təmsilçiləri idarə edəcək.

Oktyabrın 4-də keçiriləcək matçın baş hakimi Arda Kardeşler olacaq. Ona həmyerliləri Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi müəyyənləşməyib.

Xatırladaq ki, matç Qəbələ şəhər stadionunda keçiriləcək. Xorvatiyada oynanılan ilk görüşdə "Hayduk" 3:0 hesablı qələbə qazanıb.

 





25.09.2022    çap et  çap et