525.Az

Mikayıl Cabbarov: "Ötən il ərzində atılan ən mühüm addım təhsil mühitinin yaxşılaşdırılması olub"


 

Mikayıl Cabbarov: "Ötən il ərzində atılan ən mühüm addım təhsil mühitinin yaxşılaşdırılması olub"<b style="color:red"></b>

Dünən  Təhsil Nazirliyində 2013-2014- tədris  ilinin nəticələrinə həsr olunan mətbuat konfransı keçirilib. Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanda təhsil sahəsində bir il ərzində qazanılan nəticələrin uğurlu olduğunu söyləyib. Nazir qeyd edib ki, ötən bir il ərzində həll edilən ən böyük nailiyyət tədris sisteminin bütün pillərində təhsil mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar olub: "Ən böyük nailiyyətimiz təhsil mühitini dəyişdirməyimizdir. Bizim əsas məqsədimiz uzunmüddətli fundamental tədbirlərin keçirilməsi, uzunmüddətli nailiyyətlərə nail olmaqdır. Ötən ildə əldə etdiyimiz ən böyük nailiyyət təhsil mühitinin dəyişdirilməsi sağlamlaşdırılması istiqamətində addımların atılması olub. Müəllimlərin yerlərini dəyişdirməsi, dərs yükünün optimallaşdırılması sahəsində tədbirlər görülüb, bu prosesin elektronlaşdırılması şəffaflıq üçün geniş imkanlar yaradır".

Nazir gələcəkdə məktəb direktorların hazırlanması prosesində onların tələb olunan müasir  biliklərə yiyələnməsi, biliklərinin qiymətləndirilməsindən danışıb: "Ümid edirik ki, imtahan verən gələcək direktorların gələcək fəaliyyətində yeni yanaşmaların şahidi olacağıq".

O qeyd edib ki, ən aktual mövzulardan biri dərsliklərin hazırlanması istiqamətində dəyişikliklərin baş verməsidir: "Təhsil Nazirliyi tərəfindən ilk dəfə olaraq təcrübə Dərsliklərin Qiymətləndirilməsi Şurası, ali məktəblərin ixtisaslaşmış kafedraları   TQDK-nın monitorinq qrupu prosesə cəlb edilib. Əgər bundan əvvəl dərslik hazırlanıb çap edildikdən sonra qiymətləndirilirdisə, bu il prosesi təkmilləşdirmişik. Dərsliyin qiymətləndirilməsi prosesində fərz edək ki, 7-ci sinif üçün ingilis dili dərsliyi  3 müxtəlif dərslikdən birini seçmək məcburiyyətindəyik. Bu dərslik tələbə cavab vermirsə seçməliyik. Əgər seçməsək növbəti tədris ilində dərslik olmayacaq. Ona görə sistem optimallaşdırılmalıdır. Məsələnin aktuallığını çatdırmaq üçün deməliyik ki, bir fənn üçün 1 ya 2 təklif alarıq. Sistemli şəkildə bunu stimullaşdıracağıq".

M.Cabbarov müəllimlərin bilik səviyyəsi, peşəkarlığının artırılması, sınaq qiymətləndirilməsinin həyata keçirilməsi barədə məlumat verib. Nazir bildirib ki, istənilən müəllim fənn müəllimləri barəsində qəbul edilən qərarlar onların peşəkarlığının artırılmasına, dərs yükünün normallaşdırılmasına yönəlib: "İlk növbədə tədrisin bütün pillələrində təhsil mühiti sağlamlaşdırılmalıdır. Burada əsas məqsəd təhsilə yanaşmadır. Bu gün təhsildə əsas bilik meyarıdır. Sistemdə fəaliyyət göstərən müəllimləri dırnaq arası tanımamalıyıq. Onların bilik səviyyəsinə peşəkarlığına bələd olmalıyıq. Sınaq qiymətləndirmə əvvəl Bakı şəhərində sonra bütün regionlarda aparılacaq".

M.Cabbarov müəllim hazırlığında əsas diqqəti onların sayına yox, hazırlıq səviyyələrinin artırılmasına yönəldildiyini vurğulayıb: "Ona görə müəllimlərin sayı azaldılıb. Növbəti mərhələdə müəllim hazırlığı ilə məşğul olan ali təhsil müəssisələrinin tədris etdikləri tədrisin məzmunun dəyişdirilməsi nəzərdə tutulub. Müəllimlərin işə qəbulu yerlərinin dəyişdirilməsində proses elektronlaşdırılıb. Burada əsas diqqət şəffaflığa yönəlib. Dərsliklərin hazırlanmasında köklü dəyişikliklərə ehtiyac duyulur".

M.Cabbarov onu da bildirib ki, ötən il 2013- ildə dövlət proqramı ilə 787 tələbə xaricdə təhsil almağa göndərilib. Nazirlik dövlət proqramı ilə xaricdə təhsil almaq istəyənlərə say məhdudiyyəti qoymur.

O vurğulayıb ki, nazirliyin əsas diqqəti tələbənin akademik göstəricilərinə yönəlib:  "Əsas meyar təhsilin keyfiyyəti, ixtisasın prioriteti, təhsil alacağı yerin nüfuzu, həmin ixtisasa olan tələbat tələbənin akademik göstəriciləri keyfiyyətləridir".

Nazir buraxılış imtahanları ilə bağlı bildirib ki, attestatların verilməsi qanunvericilik çərçivəsində həyata keçiriləcək. Ötən il ilk dəfə tətbiq olunan qayda hüquqi-normativ aktlara əsasən tənzimlənib qüvvəsindədir. Buraxılış imtahanlarında iştirak edən şagirdlər bu il ötən ilki kimi imtahan verəcəklər attestat əldə edəcəklər.

Ali məktəbi bitirəndən sonra müəllimlərin sovet təcrübəsində olduğu kimi təyinatları bərpa olunmayacaq, bu nəzərdə tutulmayıb. Müəllimlərin təyinat məsələsinə toxunan nazir vurğulayıb ki, ümumiyyətlə bu sistemin olması sosial iqtisadi kontekstdən asılıdır: "Bu mərkəzləşmiş, planlı yanaşma olduğu təqdirdə həyata keçirilə bilər. Məsələn, müasir Azərbaycanda illuziyamız bu olmalıdır ki, hansısa gənci onun seçdiyi yox, dövlətin seçdiyi şəhərdə, rayonda, kənddə fəaliyyət göstərməyə məcbur etmək olar. Vətəndaşların şəxsi azadlığı sovet təcrübəsindən kifayət qədər fərqlənir. Tamamilə fərqli cəmiyyətdə dəyərlərlə yaşayırıq".

Nazir vurğulayıb ki, müəllimlərin regionlarda fəaliyyətinin stimullaşdırılması istiqamətində işlər görüləcək. Regionlarda, ucqar kəndlərdə çalışan müəllimlərə əlavə güzəştlər edilir, torpaq sahələri verilir. Amma bu, kifayət etmir. Yenə bizim bir çox rayon kənd məktəblərində vakansiyaların sayı çoxdur bu bizi narahat edir".

Təhsil naziri daha sonra sosial şəbəkələrdə nazirliyin fəaliyyəti ilə bağlı aparılan müzakirələrdən söz açıb. M.Cabbarov rəhbərlik etdiyi qurum haqda səslənən iradları normal qarşıladığını gizlətməyib:

"Orda bütün fikirlər daha radikal xarakter daşıyır. Bu yaxşıdır, ya pisdir bu ikinci mövzudur. Bu ona bir işarədir ki, hər bir sosiumun öz fikirlərini hər hansı məhdudiyyət olmadan ifadə edən bir məkan olmalıdır. Azərbaycan demokratik ölkədir. Burada senzura yoxdur. Həmin fikirlər cəmiyyətdə qəbul olunan əxlaqi normaları qanunvericilik qaydalarını pozmursa, həmin fikirlərlə tanış olmaq, cavab vermək bizim borcumuzdur. Proses həyata keçirdiyimiz işin nəticəsinə yönəldilməlidir. Təhsil xüsusi bir sahədir. Burada maraqları olan insanların sayı həddindən çoxdur. Daha yaxşı daha düzgün ünsiyyət rolunu axtarmağa çalışırıq. Biz peşəkar şəkildə verdiyimiz qərarların peşəkar məsuliyyətini daşıyırıq. Hamımızın niyyətimiz eynidir. Yəqin ki, biz bunun rolunu fərqli görürük. Mən dövlət məmuruyam. Təhsil sahəsində həyata keçirdiyimiz mütləq şəkildə xalq tərəfindən seçilən dövlət başçısının iradəsini əks etdirir. Hansısa işləri bu ya digər cəhətdən başa çatdıra bilmişiksə bu bizim nailiyyətimizdir. Başa çatdıra bilməmişiksə icraçı kimi olan qeyri-mükəmməl yanaşmadan irəli gəlir. Bu məsələyə emosional yox, peşəkar şəkildə baxın. Bundan daha məhsuldar yol görə bilmirəm".

Təhsil naziri bildirib ki, yeni məktəblərin tikintisinə, məktəblərin cari təmirinə diqqət artırılıb. Bir sıra sahələrdə, o cümlədən peşə təhsili müəssisələrində son 30 ildə ilk dəfə texniki avadanlıqla, ləvazimatlarla təchizat məsələləri həll olunub. Bu işlər əlavə büdcə vəsaitləri hesabına deyil, cari mövcud büdcə hesabına həyata keçirilir.

Nazir idarəetmə sahəsindəki dəyişiklərə toxunub. Qeyd edib ki, bir neçə gün öncə pilot layihə çərçivəsində Bakıda fəaliyyət göstərən məktəb direktorlarının 5 aylıq hazırlıq kursları başa çatdırılıb. Onlar imtahan verərək ənənəvi biliklərlə yanaşı, müasir idarəetmə səviyyələrini nümayiş etdiriblər.

Nazir qeyd edib ki, dərslərin başlanma tarixi məlum olsa da, onun bitmə vaxtı hələ müəyyənləşdirilməyib.

Vəfa MƏMMƏDLİ

 





13.06.2014    çap et  çap et